Çavuşoğlu və Abdullahiyan qonşularla münasibətlərdən danışdılar
Gündəm
04:12 23 okt, 2021
Tərəflər qonşuların suverenlik, müstəqillik və ərazi bütövlüyündən söz açıblar və qonşuluq əlaqələrinin zədələnməsinə icazə verilməyəcəyi vurğulanıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
“Qazet.az” İRNA-ya istinadən xəbər verir ki, telefon söhbətində ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Tərəflər qonşuların suverenlik, müstəqillik və ərazi bütövlüyündən söz açıblar və qonşuluq əlaqələrinin zədələnməsinə icazə verilməyəcəyi vurğulanıb.