Çavuşoğludan İstanbul-Yerevan reysi ilə bağlı açıqlama
Gündəm
13:55 16 dek, 2021
Aviaşirkətlərin müraciətləri Nəqliyyat nazirliyi və Mülki Aviasiya Baş idarəsi tərəfindən baxılır
Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-Yerevan-İstanbul reysinin açılması ilə bağlı müraciətlərini nəzərdən keçirir.
Qazet.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, aviaşirkətlərin müraciətləri Nəqliyyat nazirliyi və Mülki Aviasiya Baş idarəsi tərəfindən baxılır.
"Prinsip etibarilə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə bu marşrut üzrə hansı şirkətlərin uçuşlar həyata keçirə biləcəyi müəyyənləşdiriləcək" - deyə o bildirib.