Bakı 3˚C Mostly cloudy

Çavuşoğludan XƏBƏRDARLIQ

Siyasət 13:43 06 dek, 2022
Çavuşoğludan XƏBƏRDARLIQ

Yunanıstan Egey dənizindəki adaların statusuna dair razılığı pozaraq, oraları silahlandırır.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Yunanıstan sülh istəmir:

“Yunanıstan bu addımlardan əl çəkməsə, bu adaların suverenliyinə yenidən baxılmalıdır. Bizim buna səssiz qalmamız mümkün deyil. Ya Yunanıstan adaları silahlandırmaqdan vaz keçər və sazişə əməl edər, ya da biz lazım olan addımları atarıq”, nazir deyib.