Çay evində qəlyandan istifadə edənlər 10 400 manat cərimələniblər - VİDEO
Hadisə
18:16 24 noy, 2021
Zabrat qəsəbəsində yerləşən “Frend House” çay evində qəlyandan istifadə edənlər cərimələnib
Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Frend House” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.
Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.
Orada qəlyandan istifadə edən 16 nəfərin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400, çay evinin sahibi Teymur Quliyev isə 4 000 manat məbləğində cərimələnib.