Bakı 5˚C Mostly cloudy

Çay mədəniyyəti UNESCO-nun siyahısına daxil edildi

Gündəm 18:50 01 dek, 2022
Çay mədəniyyəti UNESCO-nun siyahısına daxil edildi

Çay mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

Qazet.az xəbər verir ki, bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.

“Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası Azərbaycan və Türkiyə nümayəndə heyətləri tərəfindən birgə hazırlanıb.