Bakı 26˚C Mostly cloudy w/ showers

Cazibədar Penelopa Krus - Foto

Maraqlı 12:15 19 noy, 2021

47 yaşlı Penelopa Krus "Variety" jurnalında görüntüləri ilə heyran edib

Cazibədar Penelopa Krus - <span style="color:red">Foto</span>

Dünyaca məşhur ispan aktrisa Penelopa Krus "Variety" jurnalının yeni nömrəsinin əsas siması olub.

47 yaşlı Krus fotosessiya etdirib və nəşrin müxbirinə müsahibə verib. Krus kinodakı işi və şəxsi həyatından danışıb. O, şəxsi “İnstaqram” hesabından “Variety” jurnalına təşəkkür yazaraq şəkil paylaşıb. 

 

Venesiya kinofestivalında "Paralel analar" filmindəki işinə görə "Ən yaxşı qadın rolu" nominasiyasında mükafat alan aktrisa etiraf edib ki, həm onun, həm də həyat yoldaşı üçün prioritet məsələ uşaqlardır - 10 yaşlı Leonardo və 8 yaşlı Leo.

Koronavirus pandemiyası Krusa həyatına və işinə başqa cür baxmağa kömək edib. İndi o, bütün diqqətini kiçik filmlərin yaradılmasına yönəldib. Buna baxmayaraq, Krus Hollivudla ayrılmağa tələsmir və hazırda "Kod 355" filmində çəkilir. Həmin ekran işində Cessika Çesteyn, Lüpita Nionqo, Diana Krüqer və digər ulduzlar da iştirak edir.