Cəbrayıl polisi nəzarət postlarında bir neçə şəxsdə silah-sursat aşkarlayıb
Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib
Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılan nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib.
Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.