Cəbrayılda daha 4 erməni hərbçisinin meyiti tapıldı
Gündəm
07:11 30 sen, 2021
Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1677-yə çatıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan axtarışlar zamanı daha 4 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Qazet.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Cəsədlərin Cəbrayıl rayonu ərazisində tapıldığı bildirilib.
Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1677-yə çatıb.