Cəbrayılda “KamAZ” servis mərkəzinin təməli qoyulub
Siyasət
16:27 04 okt, 2021
Servis mərkəzinin təməli qoyulub
Bu gün Prezident İlham Əliyev Cəbrayıl rayonunda “KamAZ” markalı yük avtomobilləri üçün servis mərkəzinin təməlini qoyub.
Qazet.az xəbər verir ki, servis mərkəzini Rusiyaya məxsus “KamAZ” ASC ilə Azərbaycana məxsus “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi birgə yaradır.
Təməlqoyma mərasimi dövlət başçısının rayona səfəri çərçivəsində baş tutub.