Bakı -10˚C Rain and snow

Cəhdlər uğursuz oldu: Serbiya Kosovo ilə danışıqlar apara bilməz

Xəbərlər 16:20 26 avq, 2022
Cəhdlər uğursuz oldu: Serbiya Kosovo ilə danışıqlar apara bilməz

Serbiya Kosovo ilə razılığa gələ bilmir. Qazet.az  xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç deyib.

O, Belqradda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Qabriel Eskobar və Aİ-nin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə danışıqlar aparıb.

"Kosovo və Metoxiyadakı avtomobil nömrələri və bəzi daha böyük məsələlərlə bağlı kompromis həllə nail olmaq qeyri-mümkündür", - Serbiya lideri söhbət zamanı bildirib.

Bununla belə, Aleksandr Vuçiç Qərb rəsmilərini əmin edib ki, Belqrad Kosovodakı serblərin “gələcəyinə zəmanət” üçün bütün lazımi addımları atacaq.