Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü
Xəbərlər
19:55 02 sen, 2022
![Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü](https://qazet.az/resized/fit900x500/center/pages/100824/jalal.jpg)
Ermənistanın İstintaq Komitəsi Qarabağdakı qondarma rejimin sabiq “müdafiə naziri” Cəlal Arutyunyana qarşı ittiham irəli sürüb.
“Qazet.az” Ermənistan mediasına istinadən xəbər verir ki, C.Arutunyanın Arayik Arutyunyanın “müşaviri” kimi səlahiyyətləri dayandırılıb.
O, vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaqda ittiham olunur.