Cəlilabadda ağır qəza: ölənlər və yaralılar var
Hadisə
00:05 09 yan, 2022
Hadisə Qarazəncir kəndində qeydə alınıb
![Cəlilabadda ağır qəza: ölənlər və yaralılar var](https://qazet.az/resized/fit900x500/center/pages/47853/7df45d71-31b7-4677-b4f2-bff3f0cf1f0b.jpeg)
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.
VAZ-2107 markalı minik avtomobilinin yol təmiri təyinatlı “Kon” markalı avtomobilinə çırpılması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.