Cəlilabadda dəhşətli hadisə - Ölən və yaralananlar var
Hadisə
11:52 26 yan, 2022
Sürücü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Qazet.az xəbər verir ki, rayonun Təzəkənd kəndi ərazisində "Mercedes C Class" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 20 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.