Cəlilabadda pay torpağına görə mübahisə davaya çevrilib
Hadisə
21:41 15 dek, 2022
Cəlilabadda pay torpağı üstündə düşən mübahisə davaya çevrilib.
Qazet.az-ın cənub bürosu xəbər verir ki, Cəlilabad rayon Axtaxana kənd sakini V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E.Məmmədovu döyərək ona xəsarət yetirib.
E.Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 2005-ci il təvəllüdlü A.S-nı döyüb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.