Cəlilabadda yol polisi qəza törədib, xəsarət alanlar var
Hadisə
14:30 05 yan, 2022
Faktla bağlı araşdırma aparılır
Cəlilabad rayonunda yol qəzası baş verib.
Qazet.az Report-a istinadən xəbər verir ki, qəza zamanı iki minik avtomobili toqquşub.
Nəticədə sürücülərdən biri Nurlan Həsənovun ayağı sınıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər avtomobildə olan qadın sərnişin də xəsarət alıb.
Məlumata görə, N.Həsənov yol polisi əməkdaşıdır və qəzanı şəxsi avtomobili ilə törədib.
Faktla bağlı araşdırma aparılır.