Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Hadisə
19:38 26 iyn, 2022
Daha bir rayon sakini xəsarət alaraq xəstəxanaya aparılıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Qazet.az məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, avtoqəza nəticəsində rayon sakini, 1986-ci il təvəllüdlü Məmmədov Fariz Mübariz oğlu və daha bir rayon sakini xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.