Cəlilabadda yük avtomobili qadını vuraraq öldürüb
Hadisə
13:13 01 yan, 2023
![Cəlilabadda yük avtomobili qadını vuraraq öldürüb](https://qazet.az/resized/fit900x500/center/pages/137353/4e24c9cd-b604-380a-875a-351ffe8766df-850.jpg)
Cəlilabadda yük avtomobili qadını vuraraq öldürüb.
Qazet.az-ın məlumatına görə, Çünzəli kənd sakini Mərhəmət İsmayılov idarə etdiyi "Ford" tranzit markalı yük avtomobilini Göytəpə şəhəri ərazisindəki əkin sahələrindən birində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş torpaq yolda geriyə hərəkət etdirərkən ehtiyatsızlıqdan Xəlilabad kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Bağırovanı vurub.
Qadın xəstəxanaya çatdırılsa da, çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.