Bakı -1˚C Mostly cloudy

"Çelsi" Avstriya klubunun bu seriyasına son qoydu

İdman 13:07 26 okt, 2022
"Çelsi" Avstriya klubunun bu seriyasına son qoydu

Avstriyanın "Zaltsburq" klubunun öz meydanında 40 oyunluq məğlubiyyətsizlik seriyası sona çatıb.

Qazet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, uğurlu seriya Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə görüşdə qırılıb. London klubu səfərdə 2:1 hesablı qələbə qazanıb. 

Xatırladaq ki, "Çelsi" bu nəticə ilə xallarını 10-a çatdıraraq 1/8 finala vəsiqəni təmin edib.