Bakı 21˚C Mostly sunny

“Çelsi” “Molde”nin hücumçusunu transfer etdi

İdman 01:59 29 dek, 2022
“Çelsi” “Molde”nin hücumçusunu transfer etdi

“Çelsi” rəsmi saytında “Molde” və Fil Dişi Sahili yığmasının hücumçusu Devid Fofananın transferini elan edib.

20 yaşlı futbolçu 2023-cü il yanvarın 1-də London klubuna qoşulacaq.

“Biz Devidi klubda görməyi səbirsizliklə gözləyirik!” - London komandasından bildirilib.

Bu mövsüm Fofana “Molde”nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 21 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına görə, futbolçunun dəyəri 7 milyon avro qiymətləndirilir. Hərçənd, “zadəganlar” onun transferi üçün 12 milyon avro ödəyiblər.