Bakı 6˚C Sunny

"Çelsi"nin qapıçısının zədəsi ciddidir

İdman 13:15 03 noy, 2022
"Çelsi"nin qapıçısının zədəsi ciddidir

"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa "Arsenal"a qarşı İngiltərə Premyer Liqasının XV tur oyununu buraxacaq.

Qazet.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Qrem Potter Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına 2:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup oyunundan sonra məlumat verib.

Mütəxəssis 28 yaşlı qolkiperin hələlik zədəsini tam sağaltmadığını və "topçular"la görüşə hazır olmayacağını söyləyib.

Qeyd edək ki, noyabrın 6-da keçiriləcək "Çelsi" - "Arsenal" matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.