Çempionlar Liqası: Daha iki komanda qrupdan çıxmağı təmin edə bilər
İkinci oyun günündə daha 8 qarşılaşma keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
Qazet.az-ən məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma keçiriləcək.
A qrupunda "Mançester Siti" İngiltərədə Belçika "Brügge"sini, "Leyptsiq" isə Almaniyada Fransa PSJ-sini sınağa çəkəcək.
B qrupunda günün ilk matçı İtaliyada "Milan" və Portuqaliyanın "Portu" klubları arasında olacaq. Digər görüşdə İngiltərə "Liverpul"u evdə İspaniyanın "Atletiko" (Madrid) komandası ilə qarşılaşacaq. Mersisaydlılar qələbə qazanacağı halda vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcəklər.
C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Portuqaliyada "Sportinq"in qonağı olacaq. İstanbul klubu bu oyunda uduzsa, qrupdan çıxmaq şanslarını itirəcək. Qrupun digər matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu Niderland "Ayaks"ını qəbul edəcək. Qonaqlar qalib gələcəyi təqdirdə növbəti mərhələyə adlayacaqlar.
D qrupunda İspaniya "Real Madrid"i evdə Ukraynanın "Şaxtyor" (Donetsk), Moldova "Şerif"i isə İtaliyanın "İnter" komandası ilə üz-üzə gələcək.
A qrupu
00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika)
00:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa)
Xal durumu: PSJ - 7, "Mançester Siti" - 6, "Brügge" - 4, "Leyptsiq" - 0.
B qrupu
21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya)
00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)
Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 4, "Milan" - 0
C qrupu
00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland)
Xal durumu: "Ayaks" - 9, "Borussiya" - 6, "Sportinq" - 3, "Beşiktaş" - 0.
D qrupu
21:45. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya)
Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 6, "İnter" - 4, "Şaxtyor" - 1
Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.