Bakı 26˚C Mostly sunny

Çempionlar Liqası: Levandovski Messi və Ronaldunun uğurunu geridə qoyub

Gündəm 11:20 03 noy, 2021

Polşalı forvard turnirdəki 100-cü matçında 80-ci qola imza atan ilk oyunçu kimi tarixə düşüb

Çempionlar Liqası: Levandovski Messi və Ronaldunun uğurunu geridə qoyub

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qazet.az-ın məlumatına görə, 33 yaşlı hücumçu buna evdə Portuqaliyanın "Benfika" komandasını 5:2 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur oyununda nail olub.

Polşalı forvard turnirdəki 100-cü matçında 80-ci qola imza atan ilk oyunçu kimi tarixə düşüb.

Fransa PSJ-sində çıxış edən Lionel Messi 102-ci qarşılaşmasında, İngiltərənin "Mançester Yunayted" klubunda şərəfini qoruyan Kriştianu Ronaldu isə 116-cı görüşündə eyni sayda qol vurub.

Qeyd edək ki, "Bavariya" E qrupunda 12 xalla liderdir. Münhen təmsilçisi sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.