Çempionlar Liqası: Ronaldu və Levandovski həftənin futbolçusu adına namizəd olub
Gündəm
11:14 04 noy, 2021
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Qazet.az-ın məlumatına görə, bu ada Portuqaliya "Sportinq"indən Pedru Qonsalveş, İngiltərənin "Mançester Yunayted" klubundan Kriştianu Ronaldu, Almaniya "Bavariya"sından Robert Levandovski və İtaliya "Yuventus"undan Paulo Dibala iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.