Çempionlar Liqası: "Şerif" üç nəhəng klubun uğurunu təkrarlayıb
Gündəm
12:20 29 sen, 2021
Tiraspol təmsilçisi buna İspaniyada "Real Madrid"i 2:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin II tur oyununda nail olub

Moldovanın "Şerif" klubu UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
Qazet.az "OptaJose"yə istinadən xəbər verir ki, Tiraspol təmsilçisi buna İspaniyada "Real Madrid"i 2:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin II tur oyununda nail olub.
"Şerif" "kral klubu"nun turnirdəki ilk ev matçında qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Daha əvvəl bunu 1962-ci ildə İtaliya "Yuventus"u, 2006-cı ildə İngiltərə "Arsenal"ı, 2009-cu ildə "Liverpul" bacarıb.
Qeyd edək ki, hazırda 6 xalı olan Moldova klubu D qrupunda liderdir.