Çempionlar Liqasında gecənin oyunları
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.
Qazet.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.
Dörd komandanın indidən pley-offa vəsiqəni təmin etmək şansı var.
F qrupunda "Real" Polşada "Şaxtyor"u etsə, 1/8 finala vəsiqə qazanacaq.
"Mançester Siti" və Dortmund "Borussiya"sı da sona 2 tur qalmış adını 1/8 finala yazdıra bilər. Bunun üçün "şəhərlilər" "Kopenhagen"i, Bundesliqa təmsilçisi isə "Sevilya"nı məğlub etməlidir.
"Yuventus" İsraildə Hayfa "Makkabi"sinə uduzsa, PSJ (Fransa) - "Benfika" (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu evdə Avstriya "Zalsburq"u ilə qarşılaşacaq. E qrupunun digər matçında isə "Çelsi" İtaliyada "Milan"ın qonağı olacaq.