Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bəlli olub
Gündəm
11:44 30 sen, 2021
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Qazet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qrup mərhələsinin II turunun oyunlarından sonra bu ada Portuqaliya "Benfika"sından Darvin Nunyes, Almaniya "Bavariya"sından Leroy Sane, İtaliya "İnter"indən Milan Şkrinyar və Moldova "Şerif"inin qapıçısı Yorqos Atanasiadis iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.