Bakı -4˚C Rain

Çempionlar Liqasında növbəti oyun günü

İdman 09:25 05 okt, 2022
Çempionlar Liqasında növbəti oyun günü

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

Qazet.az-ın məlumatına görə, son oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avstriyada "Zaltsburq"un qonağı olacaq. E qrupunun digər matçında isə "Çelsi" İngiltərədə İtaliya "Milan"ını qəbul edəcək.

E qrupunda turnirin son qalibi İspaniya "Real Madrid"i Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşacaq. "Layptsiq" isə evdə "Seltik"lə üz-üzə gələcək.

G qrupunda "Mançester Siti" "Kopenhagen"i, "Sevilya" isə İspaniyada "Borussiya" (Dortmund) komandasını sınağa çəkəcək.

H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa), "Benfika" isə Portuqaliyada PSJ klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya)

F qrupu

20:45. "Layptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya)

23:00. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

G qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

23:00. "Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail)

23:00. "Benfika" (Portuqaliya) - PSJ (Fransa)

Qeyd edək ki, III turun digər 8 oyunu ötən gün keçirilib.