Çempionlar Liqasında növbəti oyun günü
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
Qazet.az-ın məlumatına görə, A,B,C və D qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq.
A qrupunda "Napoli" İtaliyada Niderland "Ayaks"ını qəbul edəcək. İngiltərə "Liverpul"u Şotlandiyada "Reyncers"in qonağı olacaq. İtaliya təmsilçisinə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək.
B qrupunda "Atletiko" (Madrid) komandası "Brüj" ilə üz-üzə gələcək. Qonaqlar Madrid qələbə qazanacağı təqdirdə digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək. Digər görüşdə "Bayer" Almaniyada Portuqaliya "Portu"sunu sınağa çəkəcək.
Günün maraqla gözlənilən matçı C qrupunda gerçəkləşəcək. "İnter" İspaniyada "Barselona"nın qonağı olacaq. Qrupun autsayderi "Viktoriya" (Plzen) Çexiyada Almaniya "Bayern"lə görüşəcək. Münhenlilər qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün Kataloniya təmsilçisi bu tur xal itirməlidir.
Nəhayət, D qrupunda "Tottenhem" İngiltərədə Almaniyanın "Ayntraxt" (Frankurt) kollektivini, "Sportinq" isə Portuqaliyada "Marsel"i qəbul edəcək. Bu qrupda hər komandanın pley-off şansı davam edir.
12 oktyabr
A qrupu
20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland)
23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə)
B qrupu
20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brüj" (Belçika)
23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)
C qrupu
23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Bayern" (Almaniya)
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)
D qrupu
23:00. "Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya)
23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)