Çempionlar Liqasında növbəti oyun günü
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.
Qazet.az-ın məlumatına görə, A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra pley-offun daha 4 iştirakçısı müəyyənləşə bilər.
A qrupunda "Liverpul" Niderlandda "Ayaks"ın qonağı olacaq. Mersisaydlılar səfərdə uduzmasa, vaxtından əvvəl 1/8 finala adlayacaq. Qrupun digər matçında "Napoli" İtaliyada "Reyncers"i sınağa çəkəcək.
B qrupunda Portuqaliya "Portu"su Belçikada "Brüj"ə qalib gəlsə, pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün Madrid "Atletiko"su İspaniyada Almaniya "Bayer"i ilə görüşdə xal itirməlidir.
C qrupunda "İnter" İtaliyada Çexiyanın "Viktoriya" (Plzen) komandasını məğlub etsə, "Barselona" və "Bayern" arasında keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdıracaq.
D qrupunda isə "Tottenhem" İngiltərədə Portuqaliya "Sportinq"indən üstün olsa, 1/8 finala yüksələcək. Qrupun digər oyununda isə Fransa "Marsel"i Almaniyada "Ayntraxt" (Frankfurt) komandasının qonağı olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
26 oktyabr
A qrupu
23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya)
23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)
B qrupu
20:45. "Brüj" (Belçika) - "Portu" (Portuqaliya)
23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya)
C qrupu
20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)
23:00. "Barselona" (İspaniya) - "Bayern" (Almaniya)
D qrupu
23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Marsel" (Fransa)