Cennifer Lopez Hadisəni təqlid edib - FOTO
Maraqlı
13:00 24 noy, 2021
Özünü Lopez və Beyonsa oxşatdığı deyilən Hadisəni bu dəfə Ceylo özü təqlid edib
Türkiyəli məşhur müğənni Hadisə səhnə geyimi seçimlərinə görə dəfələrlə Cennifer Lopezi və Beyonsu təqlid etdiyi iddiası ilə gündəmə gəlib.
Qazet.az xəbər verir ki, bu dəfə də Lopez ilə Hadisənin geyim üslubları eyni olub. Lakin Hadisə Lopezi qabaqlayıb.
Dünya şöhrətli müğənni Cennifer Lopez Amerika Musiqi Mükafatları mərasimində məhşur “Dolce & Gabbana” brendinin libası ilə səhnəyə çıxıb.
Hadisə daha əvvəl eyni paltarın qırmızı tonunda geyinmişdi. Lopez isə səhnəyə krem rəngli geyim formasında çıxıb.