Cennifer Lopez və Ben Afflek ilk dəfə birlikdə müsahibə veriblər - FOTO
Son zamanların ən çox maraq doğuran cütlüklərindən olan Cennifer Lopez və Ben Aflek ilk dəfə birgə müsahibə veriblər.
![Cennifer Lopez və Ben Afflek ilk dəfə birlikdə müsahibə veriblər<span style="color:red"> - FOTO</span>](https://qazet.az/resized/fit900x500/center/pages/26410/71c2b61d-7566-4e6d-b195-8b38910574c6.jpeg)
Son zamanların ən çox maraq doğuran cütlüklərindən olan Cennifer Lopez və Ben Aflek ilk dəfə birgə müsahibə veriblər.
Qazet.az xəbər verir ki, söhbət əsnasında Cey Lo karyera və uğurları barədə danışıb.
Ben isə təxminən 20 ildən sonra romantikasını yenidən canlandırdıqdan sonra ilk dəfə sevgilisi Cennifer Lopez haqqında açıq şəkildə danışır.
43 yaşlı Oskar mükafatçısı “Cenin dünyaya necə təsir etdiyinə heyranam. Ən yaxşı edə biləcəyim şey insanların duyğularına təsir edəcək filmlər çəkməkdir. Cennifer isə bir çox insana bu ölkədə öz yerinin olduğunu hiss etmək üçün ilham verdi. Tariximizdə çox az adam buna nail olub. Heç vaxt eyni şeyi edə bilmərəm, amma inanılmaz dərəcədə dəstəkləyirəm və hörmət edirəm”, - deyə bildirdi.
![](https://api.qazet.az/uploads/e18eb5f9-9d0b-4216-9ad9-9608fae159a4.jpeg)
![](https://api.qazet.az/uploads/78ac442a-6722-496b-8e4b-96e4595c03c6.jpeg)
PageSix