Bakı 6˚C Sunny

“Cenoa”nın futbolçusuna altı illik həbs verildi

İdman 02:56 07 dek, 2022
“Cenoa”nın futbolçusuna altı illik həbs verildi

“Cenoa”nın yarımmüdafiəçisi Manolo Portanova qrup halında zorlamada iştirak etdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib.

Keçən ilin mayında o, Sienada ev şənliyi zamanı orgiyada iştirak edib.

Cinayət işində futbolçunun qohumları, o cümlədən bir azyaşlının da adı hallanıb. İşə sürətləndirilmiş baxış nəticəsində “Cenoa”nın oyunçusu və onun qohumlarından biri ötən gün Siena məhkəməsi tərəfindən 6 il müddətinə azadlıqdan məhrum edilib və zərərçəkənə 120 min avro təzminat ödənilmənə qərar verilib.

Qeyd edək ki, Portanova ittiham olunan əməldə özünü təqsirli bilməyib.

Xatırladaq ki, yarımmüdafiəçi 2021-ci ildə yetirməsi olduğu “Yuventus”dan “Cenoa”ya keçib.