“Cənub Qaz Dəhlizi” 2022-ci ildən tam gücü ilə işləyəcək
Bu əməliyyatlar çərçivəsinə Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub
Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 mlrd. kubmetrə qədər artırmağı planlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə bildirib.
Qazet.az-ın xəbərinə görə, “Cənub Qaz Dəhlizi” çərçivəsində ildə 16 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub və bu göstəriciyə gələn il çıxması nəzərdə tutulub. Bu əməliyyatlar çərçivəsinə Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub.
Energetika naziri bildirib ki, Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 mlrd. kubmetr həcmində ("Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində – red.) əlavə qaz tədarükü barədə razılıq da əldə edilib.
“Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz, Trans-Anadolu və TAP qaz kəmərləri daxildir.