Bakı -2˚C Windy

Cənubi Afrikanın şərqində güclü dalğa nəticəsində 3 nəfər ölüb

Xəbərlər 09:42 18 dek, 2022
Cənubi Afrikanın şərqində güclü dalğa nəticəsində 3 nəfər ölüb

Cənubi Afrikanın Respublikasının (CAR) Durban şəhəri sahilində güclü dalğa nəticəsində azı 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Qazet.az xəbər verir ki, bu barədə “The Citizen” qəzeti təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, dalğa bir qrup insanı dənizə aparıb.

Nəşr qeyd edib ki, bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb, onların vəziyyəti “ağır və ya kəskin ağırdır”.