Bakı 24˚C Sunny

Cənubi Koreya və ABŞ birgə hava təlimləri keçirir

Gündəm 17:26 14 iyl, 2022

Təlimdə 30 qırıcı və bombardmançı təyyarə iştirak edib

Cənubi Koreya və ABŞ birgə hava təlimləri keçirir

ABŞ və Cənubi Koreya Şimali Koreya təhlükəsinə qarşı F-35A təyyarələrinin iştirakı ilə ilk birgə təlim keçirib.

Qazet.az xəbər verir ki, təlimdə 30 qırıcı və bombardmançı təyyarə iştirak edib.

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən təlim iyulun 11-də başlayıb və 15-də başa çatacaq.