Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb
Gündəm
12:35 01 noy, 2021
Son illər ərzində iki dövlət müntəzəm hərbi təlimlər keçirir
Cənubi Koreya ilə ABŞ birgə hərbi təlimlərə başlayıb.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
Təlimin beş gün davam edəcəyi bildirilib.
Qeyd olunub ki, təlimlərə Cənubi Koreyanın F-15 K, KF-16, ABŞ-ın isə F-16 qırıcıları cəlb edilib.
Xatırladaq ki, son illərdə tərəflər müntəzəm birgə hərbi təlimlər keçirirlər.