Cənubi Sudanda təyyarə qəzası: 5 nəfər öldü
Gündəm
00:51 03 noy, 2021
İnsidentlə bağlı araşdırma aparılır.

Cənubi Sudanda An-26 təyyarəsi qəzaya uğrayıb.
Qazet.az xəbər verir ki, qəza nəticəsində göyərtədə olan 5 nəfər həlak olub. Onlardan ikisi Rusiya vətəndaşıdır.
Paytaxt Cubadan qalxan təyyarənin Qondokoro bölgəsində yerə çırpıldığı bildirilib.
İnsidentlə bağlı araşdırma aparılır.