Çex Respublikasının Prezidenti xəstəxanadan buraxılıb
Gündəm
16:14 22 sen, 2021
Bu barədə yerli “Mladá fronta DNES” qəzeti məlumat yayıb
Sentyabrın 14-dən indiyədək Praqadakı Mərkəzi Hərbi Hospitalda müalicə olunan Çex Respublikasının Prezidenti Miloş Zeman xəstəxanadan buraxılıb.
Qazet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Mladá fronta DNES” qəzeti məlumat yayıb.
Xəstəxanadan çıxan M.Zeman Praqa yaxınlığında yerləşən iqamətgahına – Lana sarayına yola düşüb.