Çexiya hökuməti buraxıldı
Seçkilərdən sonra liderlər bu partiyalardan Pirat Partiyası və üçüncü yerdə gələn "Başlar və Müstəqillər" hərəkatından ibarət başqa bir liberal koalisiya ilə güclərini birləşdirdiklərini açıqlayıblar.
Çexiya Prezidenti Miloş Zeman ölkənin Baş naziri Andrey Babişin hökumətinin istefasını qəbul edib.
“Qazet.az” “Ria Novosti”yə istinadən xəbər verir ki, prezident kabinet üzvlərinə yeni hökumət təyin olunana qədər öz vəzifələrini yerinə yetirməyə davam etməyi tapşırıb.
Qeyd edək ki, Çexiyada 8-9 oktyabr 2021-ci ildə keçirilən parlament seçkilərinin qalibi üç liberal qüvvəni - Vətəndaş Demokratik Partiyası (CDP), Xristian Demokrat Hərəkatı və “TOP 09” hərəkatını birləşdirən “Birgə” koalisiyası olub.
Seçkilərdən sonra liderlər bu partiyalardan Pirat Partiyası və üçüncü yerdə gələn "Başlar və Müstəqillər" hərəkatından ibarət başqa bir liberal koalisiya ilə güclərini birləşdirdiklərini açıqlayıblar.
Hər iki liberal koalisiyanın liderləri 108 (200 deputatdan) parlament çoxluğuna arxalanacaq yeni koalisiya hökumətinin proqramı haqqında saziş imzaladılar. Həmçinin Vətəndaş Demokrat Partiyasının rəhbəri Pyotr Fialunun namizədliyini irəli sürüblər.
Praqada Mərkəzi Hərbi Xəstəxanada (CVH) müalicə olunan Çexiya Prezidenti Miloş Zeman çərşənbə axşamı Fialuya ölkə üçün yeni hökumət qurmağı tapşırıb.