Bakı 14˚C Dreary

Çexiya parlamentinin aşağı palatasına seçkilər keçiriləcək

Siyasət 11:25 08 okt, 2021

Səsvermə iki gün davam edəcək

Çexiya parlamentinin aşağı palatasına seçkilər keçiriləcək

Çexiyada cəmiyyətin bütün sahələrinə Senata (yuxarı palata - Red) nisbətən daha çox təsir göstərən parlamentin aşağı palatasına seçkilər keçiriləcək.

Qazet.az xəbər verir ki, səsvermə iki gün davam edəcək. Cümə günü təxminən 15 min seçki məntəqəsi yerli vaxtla 14:00 -da (Bakı vaxtı ilə 16:00) açılacaq və 22:00-dək (Bakı vaxtı ilə 24:00) fəaliyyət göstərəcək.

Şənbə günü səsvermə saat 08:00-da başlayacaq və 14:00-da (Bakı vaxtı ilə 10:00 və 16:00) başa çatacaq. Əhalisi təqribən 10,7 milyon olan respublikanın 8 milyondan çox vətəndaşı səs vermək hüququna malikdir.

Sorğu nəticələri göstərir ki, Çexiya baş naziri Andrey Babişin başçılıq etdiyi ANO ("Narazı Vətəndaşların Fəaliyyəti") hərəkatının qalib gəlmək şansı yüksəkdir.

Ehtimal edilir ki, ANO parlament seçkilərində 22%-dən 32,4%-ə qədər səs toplaya bilər. Kommunistlər, Sosial Demokratlar və Prisaha 5 fazilik baryeri çətinliklə aşa biləcəklər.

Sosioloqların proqnozlaşdırdığı kimi, səsvermə hüququna malik vətəndaşların təxminən 60% -i seçkilərdə iştirak edəcək. Səslərin elektron hesablanması sistemi sayəsində seçkilərin ilkin nəticələri şənbə günü (9 oktyabr – Red) axşam elan ediləcək.

Çexiya hökuməti seçkilərdə yenilik tətbiq edəcək. Belə ki, bundan sonra vətəndaşlar təhlükəsizlik mülahizələrinə əsasən yaşadıqları rayonlara müvafiq 82 yerdən birində saxladıqları avtomobildən səs verə biləcəklər. Seçki məntəqələrinin yerləşdiyi alternativ məkanlar çox vaxt avtomobil dayanacaqlarında və ya dövlət müəssisələrinin ərazisində olur. Avtomobildən səs vermək üçün seçki məntəqələri faktiki olaraq hər bir seçki dairəsində yaradılıb.