Çexiya paytaxtında Yeni il şənliyinin iştirakçıları insident törədiblər
Xəbərlər
17:53 01 yan, 2023
Çexiyanın paytaxtı Praqada Yeni il şənliyinin iştirakçıları insident törədiblər.
Qazet.az xəbər verir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb.
Belə ki, bir qrup şəxs şəhərdəki obyektlərdə 30 pəncərəni sındıraraq bir polisi yaralayıblar.
Səlahiyyətlilər başqalarının əmlakına ziyan vurma halları ilə bağlı araşdırmalara başlayıb.
Bundan əlavə, şənlik iştirakçısı Vatslas meydanında başqa bir hadisənin baş vermə şəraitini araşdıran polisə hücum edib. Hüquq-mühafizə orqanının əməkdaşı başından xəsarət alıb və xəstəxanaya yerləşdirilib.