Çexiya rusların ölkəyə girişinə qadağa qoydu
Gündəm
20:21 12 okt, 2022
Çexiya turist vizası olan rusların ölkəyə girişinə qadağa qoyacaq.
Qazet.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski məlumat verib.
Qadağa oktyabrın 25-dən tətbiq ediləcək.
“Turizm, idman və ya mədəniyyət məqsədi ilə Avropa İttifaqının hər hansı bir ölkəsi tərəfindən verilmiş Şengen vizası olan Rusiya Federasiyası vətəndaşlarının ölkəyə daxil olmasına icazə verilməyəcək”, – Lipavski bildirib.
Nazirin sözlərinə görə, hər gün 200-ə qədər Rusiya vətəndaşı beynəlxalq hava limanı vasitəsilə Çexiyaya səfər edir.