Bakı 20˚C Mostly cloudy

Çexiyada prezident seçkilərinin vaxtı açıqlandı

Gündəm 18:18 27 iyn, 2022

Bu barədə Senatın sədri Miloş Vıstrçil bəyan edib

Çexiyada prezident seçkilərinin vaxtı açıqlandı

Çexiyada prezident seçkilərinin birinci turu 2023-cü ilin yanvarın 13-14-də keçiriləcək.

Qazet.az-ın məlumatına görə, bu barədə Senatın sədri Miloş Vıstrçil bəyan edib.

Birinci turda qalibin müəyyənləşməyəci təqdirdə yanvarın 27-28-də seçkilərin ikinci turu nəzərdə tutulub.

Qeyd olunur ki, hazırda seçkilərdə iştirak etmək üçün 15 nəfər müraciət edib. Yerli mütəxəssislər silahlı qüvvələrin generalı, NATO strukturlarında işləmiş Peter Paveli seçkilərdə favorit görür.

Çexiyanın hazırkı prezideni Miloş Zemanın səlahiyyət müddəti 2023-cü ilin martında başa çatacaq.