Bakı 10˚C Sunny

Çexiyada sərt karantinə qarşı aksiya keçirildi

Gündəm 05:12 23 noy, 2021

Nümayişçilər hesab edir ki, qəbul edilən məhdudlaşdırıcı qərarlar insan hüquq və azadlıqlarının pozulması deməkdir.

Çexiyada sərt karantinə qarşı aksiya keçirildi

Çexiyanın paytaxtı Praqada koronavirus pandemiyası çərçivəsində qəbul edilən sərt karantin qaydalarına etiraz olaraq nümayiş keçirilib.

Qazet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yüzlərlə iştirakçi şəhərin mərkəzi meydanı, prezident sarayı və digər küçələrində hakimiyyətin ünvanına təhqirlər səsləndirərək yürüş ediblər.

Ölkənin Baş naziri Andrey Babiş, səhiyyə naziri Adam Voytex, həmçinin baş epidemioloqun fotosu olan plakatlar qaldırılıb və hər bir plakatın aşağı hissəsində “Vətən xaini” ifadəsi yer alıb.

Nümayişçilər hesab edir ki, qəbul edilən məhdudlaşdırıcı qərarlar insan hüquq və azadlıqlarının pozulması deməkdir.