Ceyhun Bayramov Abdullahianla görüşdü
Siyasət
20:16 19 dek, 2021
Tərəflər iki ölkə arasında əməkdaşlığın son inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında İslamabadda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində görüş baş tutub.
Qazet.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlığın son inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.