Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi artıb”
Siyasət
17:58 05 mar, 2022
Azərbaycanın Türkiyədəki invesitsiyalarının həcmi 9,3 milyard dollara çatıb
“Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi artıb. Azərbaycanın Türkiyədəki invesitsiyalarının həcmi 9,3 milyard dollara çatıb”.
Qazet.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Hesab edirik ki, bir sıra sahələrdə də potensiallar mövcuddur”, - nazir vurğulayıb.