Ceyhun Bayramov: “Biz hələ ki, Ermənistan tərəfindən əməli addımları müşahidə etmirik”
Siyasət
13:47 18 okt, 2021
Vətən müharibəsindən sonrakı vəziyyət barədə geniş məlumat verdim
“Görüş zamanı həmkarıma keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aspektləri və Vətən müharibəsindən sonrakı vəziyyət barədə geniş məlumat verdim”.
Qazet.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında deyib.
Nazir bildirib ki, üçtərəfli bəyanatda olan müddaəları barədə məlumat verib: “Üçtərəfli bəyanatdan irəli gələn məsələlərlə bağlı hələ ki, konkret nəticlələrin əldə edilməməsi təəssüf doğurur. Biz hələ ki, Ermənistan tərəfindən əməli addımları müşahidə etmirik”.