Ceyhun Bayramov Ermənistana xəbərdarlıq etdi
Gündəm
17:43 24 noy, 2022
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib.
Qazet.az-ın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib.
Nazir deyib ki, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var: “Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”.