Ceyhun Bayramov İranın XİN başçısı ilə danışdı
Siyasət
16:35 06 noy, 2021
Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
Qazet.az-ın məlumatına görə, bu barədə C. Bayramov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.
“İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C. Bayramov qeyd edib.