Ceyhun Bayramov Minskə yola düşüb
Siyasət
16:32 13 okt, 2021
Nazirliyin mətbuat xidmətindən məlumat verilib
Oktyabrın 13-də Azərbaycanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.
Bu barədə Qazet.az-a Nazirliyin mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB XİNŞ növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.